Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə "Sağlam həyat uğrunda" devizi altında keçirilən sağlamlıq aylığı çərçivəsində indiyədək 1 milyondan çox insan həkim müayinəsindən keçib. Bunu çərşənbə axşamı Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.
Onun sözlərinə görə, bu aylığa həm Bakı, həm də rayonların sakinləri böyük maraq göstərirlər. Aylıq dekabrın 31-dək davam edəcək. Bundan sonra hər ilin dekabr ayında belə aylığın keçirilməsi nəzərdə tutulur.
SN-in təşkilatçılığı ilə bu gün jurnalistlər də aylıq çərçivəsində müayinədən keçiblər.