...

Türkiyə ərazisində vulkan püskürməsi riski var

Cəmiyyət Materials 20 Dekabr 2012 12:10 (UTC +04:00)
Türkiyənin Muğla vilayətinin Mərmərə rayonunda vulkan püskürməsi təhlükəsi var. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "CNN Turk" telekanalı xəbər yayıb.
Türkiyə ərazisində vulkan püskürməsi riski var

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Muğla vilayətinin Mərmərə rayonunda vulkan püskürməsi təhlükəsi var. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "CNN Turk" telekanalı xəbər yayıb.

Belə bir qənaətə Maltəpə Universitetinin alimləri gəliblər. Bir neçə ay ərzində Aralıq dənizi sahillərində tədqiqat aparan 12 alim burada baş verən çoxsaylı zəlzələlər nəticəsində sualtı vulkanın püskürməsi ehtimalının olduğunu bildiriblər.

Tədqiqat zamanı habelə suyun 25 metr dərinliyində vulkanın krateri də aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti