...

İran rəsmisi: Tar məsələsi ilə bağlı söhbətlər musiqiçilər tərəfindən ortaya atılıb

Cəmiyyət Materials 21 Dekabr 2012 11:17 (UTC +04:00)
Tar məsələsi ilə bağlı söhbətlər musiqiçilər tərəfindən ortaya atılıb və rəsmi mövqe kimi qəbul olunmamalıdır.
İran rəsmisi: Tar məsələsi ilə bağlı söhbətlər musiqiçilər tərəfindən ortaya atılıb

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir T.Cəfərov /

Tar məsələsi ilə bağlı söhbətlər musiqiçilər tərəfindən ortaya atılıb və rəsmi mövqe kimi qəbul olunmamalıdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda səfərdə olan İran Prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, İran özünün bəzi musiqi alətlərini 2009-cu ildə YUNESKO-da İranın mədəni-maddi irsi kimi qeydiyyatdan keçirib və onların arasında tar, səntur, ney kimi musiqi alətləri var.

"İran və Azərbaycan müştərək mədəniyyət və tarixə malikdir və bu baxımdan eyni musiqi alətlərinin həm İranda, həm də Azərbaycanda mədəni irs kimi tanınması təbii məsələdir. İran hökuməti Azərbaycanın tarı YUNESKO-da mədəni irs kimi qeydiyyata saldırmasına etiraz etməyib", - Xürrəmşad bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti