...

Bakıda üçulduzlu hotellərin sayı artırılacaq

Cəmiyyət Materials 27 Dekabr 2012 11:47 (UTC +04:00)
Bakıda üçulduzlu hotellərin inşasına diqqət yetiriləcək. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycanın mədəniyyət və turizm naziri Əbüfəs Qarayev jurnalistlərə deyib.
Bakıda üçulduzlu hotellərin sayı artırılacaq

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Bakıda üçulduzlu hotellərin inşasına diqqət yetiriləcək. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycanın mədəniyyət və turizm naziri Əbüfəs Qarayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, bununla verilən xidmətlərin müxtəlifliyi təmin edilməlidir.

Nazir deyib ki, hazırda beş və dördulduzlu hotetlərin sayı kifayət qədərdir. Onlar hazırda tam gücü ilə işləyirlər.

"İndi isə biz daha aşağı ulduz kateqoriyası olan hotelərin inşasına başlayacağıq. Gələn ildən artıq beynəlxalq standartlara uyğunlaşmış və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş hotellərin yeni ulduz alma qaydalarının tətbiqinə başlanacaq. Bu qaydalar kifayət qədər sərtləşib. Bu da zamanın tələbidir", - Qarayev qeyd edib.

Nazir deyib ki, 2015-ci ilədək Şahdağ Yay-Qış Turizm Kompleksi tam gücü ilə işləyəcək. Artıq bu yaxınlarda ölkə Prezidentinin iştirak ilə bu kompleksin birinci mərhələsinin açılışı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti