Azərbaycan, Bakı, 29 dekabr /Trend/
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 31 qəzetə 1 milyon 247 min manat birdəfəlik yardım ayırıb. Bu barədə Trend-ə KİVDF-nin mətbuat xidmətindən məlumat verilib.
Müvafiq qərar Fondun Müşahidə Şurasının bu gün keçirilən iclasında qəbul edilib. Fond 13 qəzetə 60 min manat, 7 qəzetə 40 min manat, 3 qəzetə 30 min manat, 2 qəzetə 20 min manat, 1 qəzetə 15 min manat, 1 qəzetə 10 min manat, 4 qəzetə isə 8 min manat məbləğində birdəfəlik maliyyə yardımı edilməsini təsdiqləyib.
Bundan başqa, 2013-cü ilin birinci yarısı üçün 31 qəzetin redaksiyası tərəfindən təqdim edilmiş layihələrə ümumilikdə 740 min manat vəsaitin verilməsi barədə qərar qəbul edilib.