...

Bakı məktəblilərinə yol hərəkəti təhlükəsizliyinin qaydaları aşılanıb

Cəmiyyət Materials 5 Yanvar 2013 12:20 (UTC +04:00)
Bakı məktəblilərinə yol hərəkəti təhlükəsizliyinin qaydaları aşılanıb.
Bakı məktəblilərinə yol hərəkəti təhlükəsizliyinin qaydaları aşılanıb

Azərbaycan, Bakı, 5 yanvar / Trend müxbir M.Əliyev/

Bakı məktəblilərinə yol hərəkəti təhlükəsizliyinin qaydaları aşılanıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov şənbə günü Trend-ə bildirib ki, bu gün patyaxtın 46 saylı Məktəbdənkənar Tərbiyə işi Mərkəzində "Qış tətilini yol hərəkətində təhlükəsiz başa vuraq" devizi altında Bakı yol polisinin iştirakı ilə əyani və praktiki məşğələlər keçirilib.

Onun sözlərinə görə, 100-dən artıq məktəblinin iştirak etdiyi tədbirdə şagirdlərə yol hərəkətinin qaydaları ilə bağlı maarifləndirici mövzular haqqında məlumatlar, azyaşlıların özlərinin yol hadisələrindən qorunması üçün tövsiyələr verilib.

Sonra azyaşlı uşaqlar oyuncaq avtomobillərdə sürücülük vərdişlərini nümayiş etdiriblər.

Tədbirin keçirilməsində məqsəd yol hərəkətində təhlükəsizliyin təmin edilməsi, təbliğat işinin gücləndirilməsi və yol nəqliyyat hadisələrinə ictimaiyyətin diqqətini cəlb etməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti