...

Amerikanın nüfuzlu qəzeti 20 Yanvar faciəsi haqqında yazıb

Cəmiyyət Materials 10 Yanvar 2013 12:14 (UTC +04:00)
Amerikada yaşayan azərbaycanlılar 20 Yanvar faciəsinin qurbanlarını yad edəcəklər. Trend-in məlumatına görə, bu barədə Amerika Azərbaycanlıları Şəbəkəsindən bildirilib.
Amerikanın nüfuzlu qəzeti 20 Yanvar faciəsi haqqında yazıb

Azərbaycan, Bakı, 10 yanvar / Trend müxbir M.Əliyev/

Amerikanın nüfuzlu "Vaşinqton Tayms" qəzeti 20 Yanvar faciəsi haqqında yazıb.

Trend-in məlumatına görə, yazıda qeyd olunub ki, Amerikada yaşayan azərbaycanlılar 20 Yanvar faciəsinin qurbanlarını yad edəcəklər.

Qeyd edək ki, son iki ildə ABŞ Azərbaycanlılar Şəbəkəsi Texas və Nyu-York ştatlarının parlamentlərində 20 Yanvara dair iki rəsmi qətnamə qəbul edilməsinə nail olub.

Həmçinin şəbəkənin hazırladığı məlumatda "Qara Yanvar: Bakı, 1990. Sənədlər və materiallar" kitabından götürülmüş faktlar verilir. ABŞ-ın azərbaycanlı icmasının üzvləri bu yazılı kampaniya vasitəsilə Amerika ictimaiyyətini 20 Yanvar hadisələri haqqında məlumatlandıraraq, ölkə qanunvericilərini bu qeyri-insani aksiyanı rəsmi şəkildə pisləyən qətnamə qəbul etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti