...

“ASAN xidmət” ilk iş günündə 150 nəfərə xidmət göstərib

Cəmiyyət Materials 16 Yanvar 2013 11:22 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı "ASAN xidmət" mərkəzi ilk iş gününə dair statistik məlumatları açıqlayıb.
“ASAN xidmət” ilk iş günündə 150 nəfərə xidmət göstərib

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.İzzət /

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı "ASAN xidmət" mərkəzi ilk iş gününə dair statistik məlumatları açıqlayıb.

Agentliyin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 1 saylı "ASAN xidmət" mərkəzinə ilk iş günündə müraciət edənlərin ümumi sayı 256 nəfər olub. Onlardan 150 nəfərə xidmət göstərilib, 33 nəfərə isə müxtəlif səbəblərdən xidmət göstərilməkdən imtina edilib.

Müraciətlərin əksəriyyəti şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, eləcə də sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı olub.

"ASAN xidmətə" aid olmayan məsələlərə dair 63 müraciət digər dövlət orqanlarına yönləndirilib. Qeydiyyatdan keçmiş vətəndaşlardan 5-i xidmətə yaxınlaşmayıb, 5 nəfərə isə müxtəlif məsləhətlər verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 1 saylı "ASAN xidmət" mərkəzi vətəndaşlara 15 yanvar 2013-cü il tarixindən etibarən xidmət göstərməyə başlayıb. Mərkəzdə hələlik yalnız Bakının Nəsimi və Nərimanov rayon sakinlərinə xidmət göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti