...

Azərbaycanda bir sıra QHT-lərin maliyyə hesabatlarından azad olunması gözlənilir

Cəmiyyət Materials 18 Yanvar 2013 15:46 (UTC +04:00)
Azərbaycanda 10 min manatadək illik dövriyyəsi olan qeyri-hökumət təşkilatlarının maliyyə hesabatlarını təqdim etməkdən azad olunması gözlənilir.
Azərbaycanda bir sıra QHT-lərin maliyyə hesabatlarından azad olunması gözlənilir

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 10 min manatadək illik dövriyyəsi olan qeyri-hökumət təşkilatlarının maliyyə hesabatlarını təqdim etməkdən azad olunması gözlənilir.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev cümə günü Trend-ə bildirib ki, bununla bağlı məsələ 2013-2018-ci illərdə QHT-lərin inkişafı üzrə Fəaliyyət Planında öz əksini tapıb.

Şura sədri hesab edir ki, illik dövriyyəsi kiçik məbləğdə olan QHT-lərin sənəd təqdim etməsinə ehtiyac yoxdur.

O, həmçinin bildirib ki, ümumilikdə bütün QHT-lərin hesabatlarının gələcəkdə sadələşdirilmiş qaydada təqdim olunması gözlənilir. "Hazırda hesabatlarda 4 adda sənəd qəbul olunursa, gələcəkdə onları 2-dək endirmək, yaxud daha da azaltmaq lazımdır", - Şura sədri deyib.

Quliyev qeyd edib ki, artıq Maliyyə Nazirliyi Şuranın təkliflərini müsbət cavablandırıb.

Onun sözlərinə görə, bu ayın sonlarınadək 2013-2018-ci illərdə QHT-lərin inkişafı üzrə Fəaliyyət Planının geniş ictimai müzakirəsinin keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti