...

Bakıda havanın temperaturu nisbətən enəcək

Cəmiyyət Materials 24 Yanvar 2013 12:49 (UTC +04:00)
Bakıda havanın temperaturu ötən günlərə nisbətən bir qədər aşağı düşəcək.
Bakıda havanın temperaturu nisbətən enəcək

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Bakıda havanın temperaturu ötən günlərə nisbətən bir qədər aşağı düşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6, gündüz 11-16 dərəcə isti olacaq.

Qeyd edək ki, bu gün Bakıda gündüz saatlarında temperaturun maksimum 18 dərəcə isti olacağı proqnozlaşdırılıb.

Azərbaycanın rayonlarında yanvarın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı, bəzi yerlərdə 20 dərəcəyədək yüksələcəyi, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı proqnozlaşdırılır.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında davam edən mülayim isti hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti