...

Azərbaycanda gənclərin 10 illik inkişaf strategiyası hazırlanır

Cəmiyyət Materials 31 Yanvar 2013 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 10 illik "Azərbaycan Gənclərinin İnkişaf Strategiyası" hazırlanacaq. Trend-in məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, yeni strategiya 2013-2023-cü illəri əhatə edəcək. Artıq bu istiqamətdə işlərə başlanılıb. Bu ilin may ayına qədər strategiyanın ilkin layihəsi ictimaiyyətə təqdim olunacaq.

Babayev deyib ki, bununla yanaşı, 2016-2020-ci illəri əhatə edəcək "Azərbaycan gəncliyi" Dövlət Proqramı da hazırlanacaq.

"Yeni strategiya və Dövlət Proqramı gənclərin inkişafında yeni mərhələ olacaq", - Babayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti