...

Məleykə Abbaszadə: Bu il şəxsiyyət vəsiqəsi olmayan məzunlar buraxılış imtahanlarına buraxılmayacaq

Cəmiyyət Materials 1 Fevral 2013 13:00 (UTC +04:00)
Bu il şəxsiyyət vəsiqəsi olmayan məzunlar buraxılış imtahanlarına buraxılmayacaq.
Məleykə Abbaszadə: Bu il şəxsiyyət vəsiqəsi olmayan məzunlar buraxılış imtahanlarına buraxılmayacaq

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bu il şəxsiyyət vəsiqəsi olmayan məzunlar buraxılış imtahanlarına buraxılmayacaq. Trend-in məlumatına görə, bunu cümə günü 2012-2013-cü tədis ili üçün tələbə qəbulunun nəticələrinə həsr edilən tədbirdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, şəxsiyyət vəsiqəsinin alınması üçün məzunlara kifayət qədər vaxt verilib. Hazırda TQDK 2012-2013-cü tədris ili üzrə buraxılış imtahanına hazırlıqla əlaqədar "Şagird-məzun" elektron sistemini hazırlayır.

Abbaszadə məzunların şəxsiyyət vəsiqələrini daha tez almaları üçün Daxili İşlər Nazirliyinə də müraciət edib.

"16 yaşına çatmayanlara şəxsiyyət vəsiqələri rüsumsuz verilir. Rayonlarda kim müraciət etsə, ona bu sənəd 3 gün müddətində verilir. Vətəndaşlığı olmayan məzunlar da qərar qəbul etməlidirlər. Miqrasiya Xidməti onlara müvəqqəti də olsa, sənəd verməlidir", - TQDK sədri bildirib.

Abbaszadə onu da deyib ki, gələn ildən monitorinq imtahanları şagirdlərin attestat qiymətlərinə də təsir göstərəcək. Bununla yanaşı, bu il buraxılış imtahanı Naxçıvan Muxtar Respublikasında da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti