...

Bakıda parklanma qaydalarını pozan sürücülərin cəzalanmasında yeniliyin tətbiqinə başlanılıb (FOTO)

Cəmiyyət Materials 20 Fevral 2013 16:16 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov Trend-ə bildirib ki, bu gündən etibarən Bakıda dayanma-durmanı, parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında, eləcə də yolun hərəkət hissəsində - ikinci cərgədə, avtobus dayancaqlarında, yolların kəsişmə nöqtəsinə yaxın məsafədə, piyada səkilərində, zebralar üzərində saxlanılan nəqliyyat vasitəsinin sürücüsünə yol-patrul maşınlarında olan bort-kompüterlər vasitəsilə avtomatik olaraq yerində inzibati protokollar tərtib edilməsinə başlanılıb.
Bakıda parklanma qaydalarını pozan sürücülərin cəzalanmasında yeniliyin tətbiqinə başlanılıb (FOTO)

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İzzət/

Bakı yol polisi paytaxt sakinlərinə və sürücülərinə xəbərdarlıq edib.

Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov Trend-ə bildirib ki, bu gündən etibarən Bakıda dayanma-durmanı, parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında, eləcə də yolun hərəkət hissəsində - ikinci cərgədə, avtobus dayancaqlarında, yolların kəsişmə nöqtəsinə yaxın məsafədə, piyada səkilərində, zebralar üzərində saxlanılan nəqliyyat vasitəsinin sürücüsünə yol-patrul maşınlarında olan bort-kompüterlər vasitəsilə avtomatik olaraq yerində inzibati protokollar tərtib edilməsinə başlanılıb.

Əsədov bildirib ki, bu kimi tələbləri pozan sürücülərin avtomobillərinin dayandığı formada şəkilləri çəkilir və avtomobillərin qabaq şüşələrinə müvafiq cərimə protokolu və fotoşəkil qoyulur.

Bölmə rəisinin sözlərinə görə, törətdiyi xətaya uyğun olaraq sürücülərin cərimə məbləği göstərilir.

Əsədov deyib ki, çərşənbə günü qeyd olunan məsələ ilə bağlı reyd keçirilib. Bakının Azərbaycan prospekti, İstiqaliyyət, Əhməd Cavad kücələrində keçirilən reydlər zamanı 60-dan çox avtomobilin fotoşəkli çəkililərək şüşələrə qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti