...

Azərbaycanda “yalançı” bomba barədə məlumatların sayı azalıb

Cəmiyyət Materials 6 Mart 2013 13:53 (UTC +04:00)
Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən görülən tədbirlərin nəticəsi olaraq infrastruktur obyektərinə "partlayıcı qurğu" qoyulması barədə məlumatların sayı ilbəil azalır.
Azərbaycanda “yalançı” bomba barədə məlumatların sayı azalıb

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən görülən tədbirlərin nəticəsi olaraq infrastruktur obyektərinə "partlayıcı qurğu" qoyulması barədə məlumatların sayı ilbəil azalır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Milli Məclisə göndərilmiş 2012-ci il hesabatında göstərilib.

Hesabata əsasən, 2009-cu ildə 122 belə məlumat daxil olubsa, 2012-ci ildə bundan 4 dəfə az - cəmi 32 belə zəng qeydə alınıb.

Ümumilikdə, son 4 ildə həmin faktlarla bağlı 118 cinayət işi başlanıb.

Terrorçuluq barədə yalan məlumatların daha çox məktəblilər tərəfindən verilməsi ilə əlaqədar Təhsil Nazirliyinə istiqamətləndirici məktublar göndərilib, ərazi polis orqanları tərəfındən ümumtəhsil, orta ixtisas, texniki peşə məktəblərində, ali təhsil və əyləncə müəssisələrində profilaktik, habelə yetkinlik yaşına çatmayan, çətin tərbiyə olunan uşaqlar arasında maarifləndirmə işləri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti