Azərbaycan, Bakı, 11 mart, / Trend /
"Excelsior Hotel Baku"nun "Belveder" restoranında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan xüsusi proqram keçirilib. Bu barədə Trend-ə bazar ertəsi bankdan daxil olan məlumatda qeyd olunur.
Tədbirdə "AtaBank" ASC-nin dəvəti ilə Azərbaycan mediasında çalışan 10-a yaxın qadın jurnalist də iştirak edib.
Bayram tədbirində qadınları təbrik edən "AtaBank" ASC-nin idarə heyətinin üzvü Elnur Osmanov bildirib ki, 8 Mart Beynəlxalq Qadınlar Günü bütün dünyada qadınların bərabərlik, inkişaf, daha dinc həyat həsrətlərini və istəklərini dilə gətirdikləri birlik günü kimi qeyd olunmaqdadır.
O, jurnalist qadınları 8 mart bayramı münasibətilə təbrik edib və "AtaBank" ASC -nin məlumatlarının mediada yayımlanmasında qadın jurnalistərinində xüsusi zəhməti olduğunu vurğulayıb.
Bayram axşamı keçirən xüsusi proqramı canlı musiqi, Avropa mətbəxindən müxtəlif yeməklər, limitsiz yerli içkilər yaddaqalan edib.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" hazırda 24 filialla ölkə əhalisinin xidmətindədir. Bankın filiallarından 12-si Bakı şəhərində, 12-si isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.
Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.