...

Akif Əlizadə: Azərbaycanda gənc alimlərə böyük ehtiyac var

Cəmiyyət Materials 14 Mart 2013 16:04 (UTC +04:00)
Azərbaycanda gənc alimlərə böyük ehtiyac var. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alimlər şuralarının sədrləri ilə görüşündə AMEA-nın prezident əvəzi Akif Əlizadə deyib.
Akif Əlizadə: Azərbaycanda gənc alimlərə böyük ehtiyac var

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda gənc alimlərə böyük ehtiyac var. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alimlər şuralarının sədrləri ilə görüşündə AMEA-nın prezident əvəzi Akif Əlizadə deyib.

Onun sözlərinə görə, hazırda AMEA üzvlərinin orta yaşı 60-70-ə çatıb.

Əlizadə gənc alimləri aktiv olmağa cağırıb.

O deyib ki, AMEA-nın institutlarında tələbələr də çalışmalıdırlar.

Əlizadənin sözlərinə görə, bu gün gənc alimlərin ingilis dilini bilməsi də lazımdır: "Çünki bu gün xarici dil bilmədən elmlə məşğul olmaq olmaz. Lakin Bu gün ölkədəki gənclərin bir hissəsi nəinki ingilis dilini, hətta rus dilini də bilmir. Sözsüz ki, dövlət dilini bilmək vacibdir. Ancaq bu gün humanitar sahədə olmasa da, təbiət, texniki sahələr üzrə ədəbiyyatların çoxu rus dilindədir. Həmin ədəbiyyatları oxuya bilməyən adam nə edə bilər?" - Əlizadə bildirib.

O, gənc alimlərin problemləri ilə yaxından tanış olmağa, bu məqsədlə gənclərin hər birini qəbul etməyə hazır olduğunu da bildirib.

Əlizadə, eyni zamanda, AMEA institutlarının direktorlarına gənclərlə daha şox işləmələrini tövsiyə edəcəyini də söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti