...

"Azərsun Holdinq" Xətai rayonunda keçirilən Novruz şənliyində iştirak edib (FOTO)

Cəmiyyət Materials 15 Mart 2013 16:47 (UTC +04:00)
“Azərsun Holdinq” Xətai rayonunda keçirilən Novruz şənliyində iştirak edib.
"Azərsun Holdinq" Xətai rayonunda keçirilən Novruz şənliyində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 14 mart /Trend/

"Azərsun Holdinq" Xətai rayonunda keçirilən Novruz şənliyində iştirak edib.

Xətai rayonunda ümummilli lider Heydər Əliyev adına istirahət parkında təşkil olunan Novruz şənliyində "Super sun", "Möcüzə" və" Bizim süfrə" məhsulları ilə hazırlanan ləziz yeməklər əsl bayram ab-havası yaratdı. Belə ki, "Super sun"la hazırlanan milli xörəklərimizin şahı olan plov, "Möcüzə" kərə ətirli yağla hazırlanan ləziz nemətlərimizdən olan paxlava və "Bizim süfrə" mayonezi ilə hazırlanan süfrələrimizi bəzəyən "Paytaxt" salatı şənlik iştirakçıları tərəfindən çox bəyənildi. Əsl bayram süfrəsi kimi bəzədilən masalarda səməni və bayram çərəzləri, boyanmış yumurta da vardı. Şənlikdə Kosa və keçəlin məzəli çıxışı da bayram iştirakçılarına xoş anlar yaşatdı.

Bununla yanaşı tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və icra hakimiyyətinin nümayəndələri də iştirak edirdi. Təşkil olunan tədbirdə tanınmış sənətçilərin iştrakıyla biri-birindən maraqlı musqi nömrələri ifa olundu, idmançılar meydanda öz hünərlərini göstərdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti