...

İranda 200 mindən çox uşaq aclıqdan əziyyət çəkir

Cəmiyyət Materials 18 Mart 2013 17:45 (UTC +04:00)
İranda 200 mindən çox uşaq (6 yaşına qədər) ərzaq çatışmazlığından əziyyət çəkir. Trend ILNA agentliyinə istinadən məlumat verir ki, bu barədə İmam Xomeyni Komitəsinin Sosial yardım və tibbi sığorta bölməsinin rəhbəri Naser İravanimaneş bildirib.
İranda 200 mindən çox uşaq aclıqdan əziyyət çəkir

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İranda 200 mindən çox uşaq (6 yaşına qədər) ərzaq çatışmazlığından əziyyət çəkir. Trend ILNA agentliyinə istinadən məlumat verir ki, bu barədə İmam Xomeyni Komitəsinin Sosial yardım və tibbi sığorta bölməsinin rəhbəri Naser İravanimaneş bildirib.

"İranda 12 minə yaxın insan sağalmaz xəstəliyə yoluxub. Bizim komitə onlardan yalnız 5 mininin müalicəsinə yardım edə bilir", - o deyib və əlavə edib ki, 5 min xəstədən 3 mini vərəmə yoluxub.

İravanimaneş ümid edir ki, gələcəkdə komitənin maliyyələşdirilməsi artırılacaq. Çünki bu, xəstələrə daha yaxşı qulluq etmək üçün vacibdir.

O qeyd edib ki, xərcləri tam bağlamaqdan ötrü komitəyə 80 milyon ABŞ dollarından çox vəsait lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti