Azərbaycan, Bakı, 28 mart /Trend/
"Armavia" aviaşirkətinin aprelin 22-də başa çatacaq Ermənistan hökuməti ilə sazişin uzadılması, həmçinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün kifayət qədər maliyyə vəsaiti yoxdur. Trend-in cümə axşamı Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Ermənistanın Mülki Aviasiya Baş İdarəsinin rəisi Artyom Movsisyan deyib.
Onun sözlərinə görə, şirkətin indiki maliyyə vəziyyəti onun müflisləşməsinə səbəb ola bilər.
Movsesyan, həmçinin deyib ki, hökumət aprelin 22-dək "Armavia" ilə sazişi uzadıb-uzatmayacağı ilə bağlı yekun qərar verəcək.