...

KİV: Ermənistanın "Armavia" aviaşirkətinin borclarını dövlət ödəməlidir

Cəmiyyət Materials 2 Aprel 2013 12:10 (UTC +04:00)
Ermənistanın "168 saat" qəzeti öz mənbələrinə istinadən yazır ki, hazırda "Armavia" şirkətinin gələcək taleyi ilə bağlı üç variant müzakirə edilir. Bu barədə Trend çərşənbə axşamı "Panorama.am"a istinadən məlumat verir.
KİV: Ermənistanın "Armavia" aviaşirkətinin borclarını dövlət ödəməlidir

Azərbaycan, Bakı, 2 aprel/Trend/

Ermənistanın "168 saat" qəzeti öz mənbələrinə istinadən yazır ki, hazırda "Armavia" şirkətinin gələcək taleyi ilə bağlı üç variant müzakirə edilir. Bu barədə Trend çərşənbə axşamı "Panorama.am"a istinadən məlumat verir.

Birinci varianta əsasən, "Armavia"nın sahibi ABŞ-ın hər hansı şirkəti ola bilər. İtaliya inevestorlarının şirkəti alması ikinci variantdır. Üçüncü variant şirkətin səhmlərinin 51 faizini ölkə hökumətinin almasını nəzərdə tutur.

"Şirkətin 30 milyon dollar həcmindəki xarici borcunu istənilən halda dövlət, yəni vergi ödəyiciləri ödəməlidir. Çünki müflisləşən şirkətin borcu ona uçuşları həyata keçirməyə icazə verən ölkənin mülki aviasiyasına keçir. Ermənistan Mülki Aviasiyanın Baş İdarəsi dövlət strukturu olduğuna görə borc dövlətə keçir" , - qəzet qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti