Azərbaycan, Bakı, 8 aprel /Trend/
Ermənistanın "Armavia" aviaşirkəti müflisləşməyə dair ərizə ilə məhkəməyə müraciət etmək niyyətindədir. Bu barədə Trend bazar ertəsi Ermənistan KİV-ə istinadən məlumat verir.
"Hazırda sənədlər hazırlanır. Bu, sadə proses deyil", - aviaşirkətin mətbuat katibi Nana Avetisova deyib.
Onun sözlərinə görə, hazırda zəruri sənədlərin nə vaxt hazır olacağını və şirkətin nə zaman məhkəməyə müraciət edəcəyini demək mümkün deyil.
Qeyd edək ki, "Armavia" martın 29-da uçuşların dayandırılması və müflisləşmə proseduruna başlamaq niyyəti barədə bəyanat yaymışdı.