...

Azərbaycanda avtomobillərin arxa yan şüşələrinə jalüzlərin istifadəsinə icazə verildi (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 15 Aprel 2013 16:54 (UTC +04:00)
Azərbaycanda isti aylarında avtomobillərin arxadakı yan şüşələrinə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə veriləcəkdir. Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda avtomobillərin arxa yan şüşələrinə jalüzlərin istifadəsinə icazə verildi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanda avtomobillərin arxadakı yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə veriləcək. Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Dövlət Komitəsi sədrinin əmri ilə AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır. Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə veriləcək.

Təsdiq edilmiş dəyişikliklərin ölkə ərazisində tətbiq vaxtı 1 may 2013-cü il tarixindən müəyyən edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycanda avtomobillərdə yalnız arxa yan oturacaq şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verib. Bu qərar plyonkalara aid edilmir. Bu barədə Trend-ə komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

Əvvəlki standartlara görə, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti isə 60%-dən az olmamalıydı. Dəyişikliyə görə, indi bu rəqəm 70%-ə qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti