...

İTV-nin Baş direktoru vəzifəsinə namizədlərin adları məlum olub

Cəmiyyət Materials 22 Aprel 2013 11:47 (UTC +04:00)
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb. Trend-in məıumatına görə, bu barədə Milli Televiziya və Radio Şurası xəbər yayıb.
İTV-nin Baş direktoru vəzifəsinə namizədlərin adları məlum olub

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir E.Mehdiyev/

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb. Trend-in məıumatına görə, bu barədə Milli Televiziya və Radio Şurası xəbər yayıb.

Şirkəti Baş direktoru vəzifəsinə 4 nəfər iddiaçı - Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu və Hüseynov Emin Rafiq oğlu sənədlərini təqdim edib.

"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti