...

Azərbaycanda uşaq kanalının açılması maliyyə vəsaitinin ayrılmasından asılıdır

Cəmiyyət Materials 26 Aprel 2013 11:07 (UTC +04:00)
Milli Televizya və Radio Şurasının (MTRŞ) sədri hesab edir ki, Azərbaycanda ixtisaslaşmış kanalların yaranması o qədər də asan məsələ deyil.
Azərbaycanda uşaq kanalının açılması maliyyə vəsaitinin ayrılmasından asılıdır

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir E.Mehdiyev/

Milli Televizya və Radio Şurasının (MTRŞ) sədri hesab edir ki, Azərbaycanda ixtisaslaşmış kanalların yaranması o qədər də asan məsələ deyil.

"Bizim kimi ölkələrdə bu cür praktikaya çox az rast gəlinir". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MTRŞ sədri Nurşirəvan Məhərrəmli bildirib.

Şura sədri qeyd edib ki, Azərbaycanda idmana və mədəniyyətə yüksək qayğı göstərildiyi üçün bu cür kanallar yaradılıb.

"Dövlət uşaq kanalı üçün maliyyə vəsaiti ayırarsa, biz də bunu uğurla həyata keçirərik", - Məhərrəmli bildirib.

MTRŞ sədri onu da qeyd edib ki, uşaq kanalı ilə bağlı məsələ həvəskarlara həvalə edilə bilməz.

"Yəni biz bunu özəl şirkətlərə və özəl televiziyalara həvalə edə bilmərik", - Məhərrəmli bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti