...

MOK-da “Heydər Əliyev ideyaları və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilib

Cəmiyyət Materials 29 Aprel 2013 13:47 (UTC +04:00)
Azərbaycan Milli Olimpiya Komitəsində Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə bazar ertəsi Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev ideyaları və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilib.
MOK-da “Heydər Əliyev ideyaları və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilib

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Olimpiya Komitəsində Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə bazar ertəsi Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev ideyaları və Azərbaycan gəncliyi" mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, ümummilli lider Azərbaycanın gələcəyi olan gəncliyin formalaşmasında möhkəm bünövrə yaradıb.

O bildirib ki, artıq Azərbaycan gəncinin səsi beynəlxalq arenada səslənir və dövlətin adının qürurla çəkilməsi üçün gəncliyin fəaliyyəti hiss olunur. Babayev vurğulayıb ki, məhz ümummilli lider Heydər Əliyev zamanında gənclərin dövlət strukturlarında təmsilçiliyinin artırılması istiqamətində işlərə başlanılıb və bu gün artıq bu uzaqgörən siyasət öz nəticələrini verir.

"Hazırda 300-dən artıq bələdiyyə üzvü gəncdir, son iki il ərzində isə işə qəbul olunanların 60-62 faizi gənclərdir. 1990-cı illərdə dövlət büdcəsindən gənclər sektoruna ayrılan vəsait 5 min dollar idisə, hazırda bu məbləğ 25 milyon avroya çatıb", - nazir müavini deyib.

Babayev vurğulayıb ki, bu gün Prezident İlham Əliyev də gənclər siyasətini geniş şəkildə davam etdirir və bunun nəticəsində gənclər yeni uğurlara imza atırlar.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev və digər şəxslər də Heydər Əliyevin gənclər siyasəti, idmanın inkişafı üçün atdığı addımlar, gənclərin beynəlxalq yarışlarda uğur qazanması üçün göstərdiyi fəaliyyət barədə fikirlərini bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti