Azərbaycan, Bakı, 1 may /Trend, müxbir A. Tağıyeva/
Türkiyə polisi İstanbulda meydanda nümayişçilərin dağıdılmasına başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "CNN Türk" telekanalı xəbər yayıb.
Türkiyənin müxalif Respublika Xalq Partiyasının tərəfdarları İstanbulun mərkəzində Bir May Həmrəylik Günü münasibəti ilə yürüş keçirir.
Ötən gün İstanbul şəhərinin meri Hüseyn Avni Mutlu bildirib ki, meriya Bir May münasibəti ilə yürüşün keçirilməsinə icazə verməyib, ona görə də istənilən aksiya qanunsuz hesab olunacaq.
Türkiyədə hər il mayın birində tez-tez polislə toqquşmalarla nəticələnən işçilərin təntənəli yürüşü keçirilir.