...

"Youth Inc" proqramı çərçivəsində təlimlər keçirilib

Cəmiyyət Materials 1 May 2013 12:24 (UTC +04:00)
DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) və Coca-Cola şirkəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə “Youth Inc.” (“Gənclər Korparasiyası”) proqramı çərçivəsində gənclər üçün pilot layihəsini davam etdirir.
"Youth Inc" proqramı çərçivəsində təlimlər keçirilib

Azərbaycan, Bakı, 1 may /Trend/

DVC ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) və Coca-Cola şirkəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə "Youth Inc." ("Gənclər Korparasiyası") proqramı çərçivəsində gənclər üçün pilot layihəsini davam etdirir.

Layihə paytaxtda və digər böyük şəhərlərdə yaşayan gənclərə biznes və sahibkarlıq haqqında kifayət qədər bilik və bacarıqların verilməsinə, gənclərin biznes yaratması üçün real imkanlar yaradılmasına imkanlar təqdim edir. Yaradılmış biznes klublar çərçivəsində gənclər artıq peşəkar sahibkarlarla, biznesmenlərlə daimi ünsiyyətdə olacaqlar, vergilər sistemi, biznes-kreditlər sistemi və s. haqqında ətraflı məlumatlandırılacaqlar.

Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərində 900 nəfər üçün silsilə təlimlər və seminarlar keçirilməsi nəzərdə tutulmuşdur və artıq 30 təlimçidən ibarət olan komandalar tərəfindən adı çəkilən şəhərlərdə 905 gənci əhatə edən 37 təlim keçirilib. Qeyd edək ki, layihəyə çərçivəsində fiziki qüsurlu gənclər də cəlb edilmişdir və yaranan imkanlardan yararlanmışdır. Bununla layihənin məqsədlərindən birinə nail olunmuşdur. Təlimlər mütəxəssislər və təcrübəli sahibkarlar tərəfindən hazırlanmış 30 nəfərdən ibarət komanda tərəfindən həyata keçirilir. Gənclər tərəfindən təlimlərə böyük marağın olmasını nəzərə alaraq, silsilə təlimlər may ayında da davam etdiriləcək.

Layihənin növbəti mərhələsi olaraq 4 "Gənclərin Sahibkarlıq Klubları" açılması planlaşdırılır ki (Sumqayıt - 27.04.13, Gəncə - 15.05.13, Şəki - 17.05.13, Bakı - 24.05.13). Hal-hazırda işgüzar görüşlər, informasiya turları, təqdimatlar daxil olmaqla gənclər üçün silsilə tədbirlər keçirilir.

Sözügedən layihə bu ilin may ayında yekunlaşacaq və pilot layihənin nəticələrinə uyğun olaraq proqram genişləndiriləcək.

Proqram "Youth Inc", DVC, "Coca -Cola" və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə - gənclərin yeni sahibkarlıq dəstəyidir. Biznes Gənclər proqramları çərçivəsində yaradılan Klublar - bu, yalnız netvorkinq üçün deyil, həmçinin də yaxın gələcəkdə effektiv biznes-inkubatorların və sabit gənclər şirkətlərinin qurulması üçün bazadır.

Əlavə məlumat əldə etmək və iştirakçı anketini doldurmaq üçün layihənin web saytına (www.youthinc.dvc.az) daxil ola və yaxud telefonla əlaqə saxlaya bilərsiniz.

Telefon: 012 497 08 46 (əlaqələndirici şəxs Ülvi Mövsümzadə)

DVC ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) 1998-ci ildən fəaliyyət göstərir və hal-hazırda 28000 üzv, 45 region, 8 nümayəndəlik, 90-dən artıq təhsil müəssisəsi olmaqla geniş gənc şəbəkəsi qurmuşdur və bu gün bu lahiyənin icrasında da öz professionallığını göstərir. DVC-nin də iştirak etdiyi, 21 aprel 2011-ci il tarixində Cənab Prezident İlham Əliyevin fəal gənclərlə görüşündə tərəfimizdən irəli sürülən Azərbaycanda gənclər üçün Biznes İnkubatorların yaradılması fikri Cənab Prezident tərəfindən dəstəklənmişdir. Beləliklə, "Gənc Sahibkarlıq" haqqında fikirlər "Azərbaycan Gəncləri 2011-2015-ci illərdə" Dövlət Proqramında öz əksini tapır. Həmçinin DVC adı çəkilmiş proqramının inkişafında AmCham (Amerika-Azərbaycan ticarət palatası), JEUNE (Avropa Gənc Sahibkarlar Asosiasiyası) və NBİA (Milli Biznes-İnkubatorlar Asosiyasiyası) tam hüquqlu üzvü olmuşdur.

"The Coca-Cola Company"nin əsası 1892-ci ildə ABŞ-da Asa Qriqqs Kandler tərəfindən qoyulmuşdur. Təxmini hesablamalara görə dünyada saniyədə səkkiz min qutu "Coca Cola" içilir. Azərbaycanda 1994-cü ildən fəalliyətə başlayan dünyanın ən sevilən şirkəti bu gün gənclərimizin fəaliyyətinə əvəzsiz dəstək olur. 500-dən çox markası olan Coca-Cola Company sərinlədici içkilərin istehsalı üzrə dünya lideridir. Coca-Cola® Company dünyada ən bahalı marka kimi tanınmaqdadır. Şirkətin istehsal etdiyi məhsullara Diet Coke®, Fanta®, Sprite®, Coca-Cola Zero®, vitaminwater, Powerade®, Minute Maid®, Simply®, Georgia® və Del Valle daxildir ki, onların da portfoliosinin markalarının qiyməti 16 milyard dollardan ibarətdir. Ümumiyyətlə, Coca-Cola şirkəti suyun, hazır çayın və qəhvəin istehsalı üzrə dünyada liderdir. Coca-Cola şirkəti gündə 1.8 milyarddan çox içki satır. Qeyd etmək lazımdır ki, şirkət icmaların sabitliyini dəstəkləyir, həmçinin ətraf mühitin müdafiəsinə yönəldilmiş təşəbbüslər göstərmişdir. Beləliklə, 700.000-dən çox işçisi ilə Coca-Cola dünyada TOP-onluğa daxildir. Şirkət haqda ətraflı informasiyanı www.thecoca-colacompany.com saytından əldə edə bilərsiniz.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu dekabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmışdır və qeyri-kommersiya təşkilatı olub elm, təhsil, mədəniyyət və digər sosial sektorlarda inkişafı stimullaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti