Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının iclasında şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin tariflərinə baxılmış və tariflər dəyişdirilmədən əvvəlki səviyyədə saxlanılmışdır.
Şuradan Trend-ə bildiriblər ki, şəhərdaxili marşrutlarda sərnişindaşıma tarifi əvvəlki kimi 20 qəpik təsdiqlənmiş, şəhərətrafı və qəsəbələrarası marşrutlar isə mövcud tariflərə uyğun olaraq məsafələr üzrə qruplaşdırılmışdır.
Hazırda Tarif (qiymət) Şurasında sərnişindaşıma xidmətlərinin tariflərinə baxılması məsələsi müzakirə olunmur və bu sahədə tarif dəyişikliyinin aparılması Şuranın gündəmində deyildir.
Tarif (qiymət) Şurasının bu qərarı 1 may 2013-cü il tarixdən qüvvədədir və Bakı şəhərində marşrutlar üzrə tariflər aşağıdakı kimidir:
Bakı şəhəri üzrə marşrut nömrələri |
Tarif (qəpiklə) |
1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78, 79, 80, 81, 82, 83, 84, 85, 86, 87, 88, 89, 90, 91, 92, 93, 94, 95, 96, 97, 98, 99 |
20 |
102, 106, 111, 112, 113, 118, 119, 133, 135, 138, 139, 142, 143, 144, 145, 148, 156, 158, 159, 162, 168, 169, 170, 174, 178, 182, 190, 198, 204, 206, 208, 209, 210, 213, 216 |
20 |
104, 105, 108, 109, 110, 116, 117, 120, 121, 124, 125, 129, 132, 134, 137, 140, 147, 151, 153, 154, 155, 161, 163, 165, 166, 167, 176, 177, 179, 180, 183, 184, 185, 186, 188, 191, 193, 196, 199, 201, 202, 205, 211, 214, 217 |
25 |
103, 123, 126, 127, 128, 130, 131, 146, 149, 152, 160, 173, 175, 181, 189, 192, 194, 203, 207, 215 |
30 |
100, 107, 136, 141, 157, 164, 171, 172, 197, 200, 212 |
35 |
101, 114 |
50 |
187 |
70 |
115, 122, 150, 195 |
80 |