...

Bakı şəhərində səyyar “ASAN xidmət” maşınları fəaliyyət göstərəcək

Cəmiyyət Materials 4 May 2013 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İ.İzzət/

Bakı şəhərində səyyar "ASAN xidmət" maşınları fəaliyyət göstərəcək. Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri İnam Kərimov Sumqayıtda yeni yaradılan "ASAN xidmət" mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu məqsədlə 5 minik avtomobili alınıb. Avtomobillər xüsusi cihazlarla təchiz ediləcək.

Kərimov bildirib ki, vətəndaşlar artıq "ASAN xidmət"i sifariş də edə biləcəklər. Lakin bu formada xidmət üçün əlavə ödəniş tələb olunacaq.

"Adi rejimdə xidmət göstərilən zaman isə heç bir əlaqə haqq tələb olunmayacaq. Bu zaman onlar əlillərə, xəstələrə və hərəkət imkanı məhdud olan vətəndaşlara xidmət göstərəcəklər", - deyə o bildirib.

Kərimov qeyd edib ki, bu, ilkin layihədir.

"Gələcəkdə həmin avtomobillərin sayının artırılması nəzərdə tutulur. Bundan başqa xüsusi motosikllər də alınıb. Onlar əsasən artıq hazır sənədləri vətəndaşlara çatdırmaqla məşğul olacaqlar. Bundan əlavə, "ASAN xidmət" mərkəzlərinin olmadığı bölgələrdə, kəndlərdə vətəndaşlara yerindəcə səyyar xidmət göstərilməsi üçün 2 avtobus gətirilib. Həmin avtobuslar xüsusi lazımi cihazlarla təchiz ediliblər", deyə Kərimov vurğulayıb.

Agentliyin sədri bildirib ki, bövlət başçısının göstərişi ilə çox yaxın zamanda Azərbaycanın bütün bölgələrində yaşayan vətəndaşlar "ASAN xidmət" mərkəzlərinin xidmətindən faydalana biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti