...

Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş şahmat və futbol turnirləri başa çatıb

Cəmiyyət Materials 6 May 2013 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend/

Azərbaycan xalqının Ümummilli Lideri ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilmişdir.

Bu tədbirlərdən olan və İqtisadi İnkişaf Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilmiş mini-futbol çempionatı və şahmat turniri mayın 4-də başa çatmışdır.

Aprelin 6-dan etibarən Respublika Şahmat Federasiyasında təşkil edilən şahmat turnirində Nazirliyin aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumların 30-a yaxın əməkdaşı iştirak etmişdir. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşı Rəcəb Süleymanov I yeri, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əməkdaşı Fikrət Qurbanov II yeri, Nazirliyin Dövlət investisiyaları şöbəsinin əməkdaşı Ceyhun Məcidov isə III yeri tutmuşlar. Turnirin qaliblərinə İqtisadi İnkişaf Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Fəxri Fərmanı və pul mükafatı təqdim edilmişdir. Turnirin bütün iştirakçılarına isə İqtisadi İnkişaf Nazirliyi tərəfindən şahmat dəsti hədiyyə olunmuşdur.

İqtisadi İnkişaf Nazirliyinin qurumları arasında martın 30-dan etibarən start verilmiş və 15 komandanın iştirak etdiyi mini-futbol çempionatının nəticələrinə əsasən isə "Təmiz Şəhər" ASC-nin komandası qalib gəlmişdir. Turnirdə "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin komandası 2-ci, "Azərlotereya" ASC-nin komandası isə 3-cü yeri tutmuşdur. Turnirin qalibinə çempionatın xüsusi kuboku, ilk üç yeri tutan komandalara və fərqlənən idmançılara fəxri fərman və hədiyyələr, turnirdə iştirak etmiş bütün komandalara isə hədiyyələr verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti