Azərbaycan, Bakı, 10 may /Trend/
Trend oxucularına bu gün əhalinin istifadəsinə verilən Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa edilən yeraltı avtomobil dayanacağının üstündəki istirahət park kompleksindən görüntüləri təqdim edir.
Qeyd edək ki, yeni salınan bu kompleks şəhərdə ən böyük parkdır. 7 hektar ərazisi olan parkın 29 min kvadratmetrlik sahəsinə qranit plitə döşənib. Park kompleksinin 6 min kvadratmetrlik sahəsinə asfalt örtük salınıb. Kompleksin 35 min kvadratmetrlik ərazisi yaşıllaşdırılıb.
Parkda ən müasir tələblərə cavab verən 5 fəvvarə inşa olunub.