...

Gənclər və idman naziri Mingəçevirdə vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 10 May 2013 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend/

Gənclər və idman naziri Azad Rəhimov tərəfindən mayın 11-də Mingəçevir şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Gəncə və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Goyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və Ağsu rayon sakinləri iştirak edəcək.

Qəbul saat 11:00-da Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində (Mingəçevir şəhəri, 20 Yanvar küçəsi) başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti