...

Türkiyədə siqaret çəkən və alkoqoldan istifadə edənlər üçün çəzalar sərtləşdirilir

Cəmiyyət Materials 11 May 2013 11:44 (UTC +04:00)
Türkiyə hökuməti ölkə parlamentini siqaret çəkmək və alkoqoldan istifadəyə qarşı yönəldilmiş qanunları sərtləşdirməyə çağırıb.
Türkiyədə siqaret çəkən və alkoqoldan istifadə edənlər üçün çəzalar sərtləşdirilir

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə hökuməti ölkə parlamentini siqaret çəkmək və alkoqoldan istifadəyə qarşı yönəldilmiş qanunları sərtləşdirməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər yayıb.

Məlumatda bildirilir ki, Türkiyə parlamentində siqaret çəkməyə və alkoqoldan istifadəyə qarşı cəzaların sərtləşdirilməsi haqqında yeni qanun layihəsinin müzakirəsi gözlənilir.

Qəzet yazır ki, yenin qanun layihəsi təsdiqlənəcəyi təqdirdə Türkiyədə spirtli içkilərin reklamı, o cümlədən qapalı yerlərlə yanaşı, açıq ictimai yerlərdə də siqaret çəkmək qadağa olunacaq.

Yeni qanun layihəsi, həmçinin ictimai nəqliyyat sürücülərinin siqaret çəkməyini də qadağan edir.

Layihəyə əsasən, Türkiyə ərazisində spirtli içkilərə tətbiq edilən istənilən güzəştlər ləğv ediləcək. Siqaret çəkmək və alkoqoldan istifadə haqqında qaydaları pozanlara qarşı 10-200 min Türkiyə lirəsi həcmində cərimə tətbiq ediləcək.

Hazırda Türkiyədə ictimai yerlərdə siqaret çəkməyə görə cərimə 60 türk lirəsi təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti