...

Ümummili lider Heydər Əliyevin 90 illik yubileyi Seul şəhərində təntənəli şəkildə qeyd olunub (FOTO)

Cəmiyyət Materials 11 May 2013 12:43 (UTC +04:00)
Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı və "SEBA" Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə paytaxt Seul şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Ümummili lider Heydər Əliyevin 90 illik yubileyi Seul şəhərində təntənəli şəkildə qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 11 may /Trend/

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı və "SEBA" Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə paytaxt Seul şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, Seul şəhərinin "Banyan Tree Club" restoranında təşkil edilmiş xatirə gecəsində Koreya Respublikasının dövlət və hökumət rəsmiləri, Dünya Tekvando Federasiyasinin prezidenti, Seulda fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri, Koreyada fəaliyyət göstərən iri şirkətlərin və ali təhsil ocaqlarının rəhbərləri, Seulda təhsil alan azərbaycanlılar və yerli KİV nümayəndələri iştirak ediblər.

Qonaqlar ulu öndərin həyat və fəaliyyətindən, vətən və xalq qarşısında misilsiz xidmətlərindən bəhs edən fotosərgi ilə tanış olduqdan sonra səfirliyin müvəqqəti işlər vəkili R.Teymurov çıxış edərək, ümummilli lider, görkəmli siyasi xadim və dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, müasir dövlət quruculuğunda, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında əvəzsiz xidmətlərindən və xilaskar rolundan danışıb. Teymurov xoş gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi doğma millətinin önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyevin müasir dövlətçiliyimizin banisi və qurucusu, böyük öndəri kimi yüksək bir zirvəyə ucaldığını, onun təkcə vətən və xalq qarşısında deyil, həm də bəşəriyyət qarşısında xidmətlərinin unudulmaz olduğunu vurğulayıb.

O, azərbaycançılıq, milli birlik, sosial ədalət, əhalinin sosial rifahı, Azərbaycanın ərazi bütövlüyü kimi ideyalara söykənən müstəqil, tərəqqi edən və siyasi cəhətdən sabit inkişaf modelinin əsasının məhz ulu öndər tərəfindən qoyulduğunu, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Azərbaycan Milli Konservatoriyasının müəlliməsi Naibə Şahməmmədova Azərbaycanın məşhur bəstəkarlarının əsərlərini, xüsusilə ulu öndərin bəyəndiyi əsərləri pianoda ifa edib. Bununla yanaşı, Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqasları ölkəmizin milli rəqs nümunələrini qonaqlara təqdim ediblər.

Sonda Azərbaycanın Koreya Respublikasındakı səfirliyi tərəfindən ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı xüsusi olaraq hazırlanmış rəsmi markalar tədbir iştirakçılarına paylanılıb. Səfirlik tərəfindən hazırlanmış markalar həmçinin Koreya Respublikasının hökumət və dövlət üzvlərinə göndərilib.

Ulu öndərin yubileyi ilə bağlı keçirilmiş tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti