...

Bakı-Yekaterinburq-Bakı marşrutu ilə birbaşa uçuşlar yerinə yetiriləcək

Cəmiyyət Materials 16 May 2013 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend/

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Yekaterinburq-Bakı marşrutu ilə birbaşa uçuşlar yerinə yetirəcək.

Trend-in AZAL-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, sözügedən aviareys üzrə uçuşlara iyunun 20-dən etibarən başlanacaq: "

"Bakıdan uçuşlar "Airbus A-319" və "Airbus A-320" təyyarələri ilə həftədə iki dəfə - II və VII günlər müvafiq olaraq saat 15:25-də və 23:50-də yerinə yetiriləcək. Əks istiqamətdə isə uçuşlar yerli vaxtla saat 19:15-də və 01:00-da həyata keçiriləcək".

Qeyd edək ki, hazırda Yekaterinburq-Bakı-Yekaterinburq aviareysi üzrə uçuşları həftənin IV günləri Rusiyanın "Ural Airlines" şirkəti də yerinə yetirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti