...

Renault və Kann kinofestivalı 30 il bir yerdə (FOTO)

Cəmiyyət Materials 16 May 2013 18:04 (UTC +04:00)
Hind kinosunun 100 illiyinə həsr olunuş 15-26 may 2013-cü il tarixində keçiriləcək 66-cı Kann kinofestivalında 200-dən artıq Renault avtomobili festivalın rəsmi xidmət avtomobili kimi işləyəcək.
Renault və Kann kinofestivalı 30 il bir yerdə  (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 may /Trend/

Hind kinosunun 100 illiyinə həsr olunuş 15-26 may 2013-cü il tarixində keçiriləcək 66-cı Kann kinofestivalında 200-dən artıq Renault avtomobili festivalın rəsmi xidmət avtomobili kimi işləyəcək. Bu il ilk dəfə olaraq rəsmi xidmət avtomobilləri sırasında Zoe və Twizy modelləri ilə yanaşı Renault Capture modeli yer alacaq.

Renault avtomobili həmişə diqqət mərkəzindədir

Bu il rəsmi model sırasının səkkiz avtomobili ilə yanaşı yeni krossover Renault Capture modeli də nümayiş etdiriləcək. 2012-ci ildə olduğu kimi bu il də Renault elektirik avtomobilini Kann Kruazet bulvarında nümayiş etdirəcək. Renault dünyada sıfır zərərli tullantılı tam model sırası təqdim edən ilk avtomobil istehsalçısıdır.

Kann kinofestivalı üçün 15 Twizy avtomobilindən və 2 ZEO avtomolbilindən ibarət orijinal avtomobil sırası təşkil ediləcək. Kino ulduzları gətirmək üçün 37 Latitude modelindən və 55 Espace modelindən ibarət avtomobillər istifadə ediləcək. Bununla yanaşı kinofestivalın digər tərəfdaşları üçün nəzərdə tutulmuş 16 Latitude modelindən və 55 Espace modelindən ibarət avtobillər da fəaliyyət göstərəcək.

Renault həmçinin festival boyu keçiriləcək müsabiqələrin yekunlaşmasına da nəzarət edəcək. Renaultun rəsmi Facebook səhifəsində "İnter Bottle Country" yarışının qalib olmuş Əlcəzairli cütlük şəxsi Renault Capture avtomobilində özlərini VİP qonaqların yerində hiss edə biləcəklər. Müsabiqənin qalibləri isə "Gözlənilməz şahzadə" filminin şərəfinə Kruazet bulvarında ZOE avtomobilində görünəcəklər.

30 il birlikdə

1992-ci ildə Kann-da Safrane modeli təqdim edildi. Rəsmi avtomobil sırasına Renault 25-in dəyişilmiş forması olan 45 belə avtomobil daxil edildi. 1993-cü ildə Kann ilə Renault-un əməkdaşlığının 10 illiyinin şərəfinə xüsusi modifikasiya Palme d'Or (Qızıl palma budağı) təqdim edildi. 2011-ci ildə Vel Satin-in əvəzinə rəsmi avtomobil Renault Latitude cə Espace oldu.

1983-cü ildə Renault ilk dəfə olaraq Kann festivalı üçün kino ulduzlarını qırmızı xalıya gətirən 15 avtomobil təqdim etdi. Bu öz növbəsində inqilab oldu, çünki əvvəllər ulduzlar qırmızı xalıya piyada gəlirdilər.

Kann kinofestivalının təşkilatçıları rəsmi avtomobillərin rahatlığına yüksək tələbkarlıq göstərirlər. Bunun hazırlanması üçün isə 2 həftədən artıq gərgin işləmək lazımdır. Bayraqlarla ilə yanaşı bu avtomobillər "Kann festivalının rəsmi tərəfdaşı" gerbi ilə də təmin edilir. Festival bitdikdən sonra hər il dünyanın məşhur kino ulduzlarının gətirilməsi üçün istifadə edilən Renault avtomobilləri pərəstişkarlara və kino sevərlərə satılır.

Renault - 110 il film sahəsində

Renault-un kino sahəsi ilə əməkdaşlığı 110 ildən artıq tarixə malikdir. 1895-ci ildə Tomas Edisonun kəşfindən sonra Lümyer qardaşları kinofilmlərin böyük ekranlarda nümayişinə başladılar. Bu vaxt Lui Renault 3 il sonra Parisin Lepik küçəsində uğurla sürülən düz ötürücülü Voituretto Type A avtomobili üzərində işləyirdi. Lui Renault öz məhsullarını satmaq üçün kino sahəsinə müraciət edən ilk sənayeçilərdən biri idi. Avtomobil yarışları və fransız sənayesi Lümyer qardaşlarının kinotearlarında göstərilən filmləri üçün ənənəvi mövzuya çevrildi.

Bulon-Biyankurda onların kino studiyaları Lui Renaultun ilkin avtomobil emalatxanasından bir neçə küçə uzaq idi. Vaxt keçdikcə onlar arasında unikal münasibət yarandı, Renault isə kino aktyorların və rejissorların imtiyazlı tərəfdaşına çevrildi. Bu gün Renault-un 40 avtomobildən ibarət xüsusi parkı hər il təxminən 200 televiziya proqramlarında və filmlərdə iştirak edir. Bununla yanaşı, Renault təkcə kino sənayesi üçün avtomobil istehsal etmir, həmçinin böyük kinofestivalların partnyoru kimi də fəaliyyət göstərir.

1939-cu ildə əsası qoyulmuş Kann kino festivalı beynəlxalq forma alıb və kino bazarında əsas yerlərdən birini tutur. Bura hər il 1500-ü festival çərçivəsinə nümayiş olunan 5000 filmi təmsil edən 92 ölkədən 10000 iştirakçı gəlir. Bu festival KİV-də Olimpiya oyunlarından daha çox işıqlandırılır.

Ünvan: Bakı, Babək prospekti, 28 D
Telefon: (+994 12) 447 27 21
E-mail: [email protected]
Web: http://www.renault.az/
http://www.facebook.com/renaultazerbaijan

Məqalədə:
Xəbər lenti

Xəbər lenti