...

Milli Preventiv Qrup Bakıda internat evlərinə baxış keçirib

Cəmiyyət Materials 21 May 2013 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət/

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağandakı Əqli qüsurlu uşaqlar üçün 3 saylı internat evinə və Buzovnadakı Ruhi-əsəb xəstələri üçün 9 saylı internat evinə başçəkmələr həyata keçiriblər.

Başçəkmələrin məqsədi saxlanılma şəraitinin və rəftarın araşdırılması olub. Araşdırma zamanı həmin müəssisələrin bütün obyektlərinə baxış keçirilib, şərait və saxlanılanlara qarşı rəftarla bağlı nöqsanlar aşkar edilməyib.

MPQ-nin üzvləri Buzovnadakı Ruhi-əsəb xəstələri üçün 9 saylı internat evinin rəhbərliyinə bu müəssisədəki iş prinsiplərinin təkmilləşdirilməsinə dair tövsiyələr veriblər.

Başçəkmələrin nəticələri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti