...

Günəş şüalarının insan səhhətinə xeyirli və zərərli təsirləri

Cəmiyyət Materials 22 May 2013 10:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend /

Qarşıda isti və günəşli günlərlə bol olan yay mövsümü gəlir. Həyatımızı və qəlbizimi isidən günəşli saatlar, insan orqanizminə həddən artıq nüfuz etməklə sağlamlığa təhlükə törədə bilər.

Havaların isti və dəniz suyunun yüksək hərarəti ilə keçən yay günlərində insanlar dincəlmək və Günəş vannası qəbul etmək üçün çimərliklərə üz tuturlar. Belə isti günlərdə insan sağlamlığı üçün doğru miqdarda Günəş şüalarının qəbul edilməsi əsas şərtdir.

Günəş şüalarının insan orqanizminə təsiri həmişə müzakirə mövzusu olmuşdur. Bütün dünyada, o cümlədən, Azərbaycanda müşahidə edilən 40° C və daha kəskin istilər insanları sağlamlıqlarına daha ehtiyatla yanaşmağa səsləyir. Əbədi enerji mənbəyinin əks təsiri artıq gündəmdədir, belə ki, Günəşin ziyanlı şüalarından müdafiə edən azon qatı getdikcə kiçilərək insanları Günəş işığının ziyanlı təsirindən lazımınca qoruya bilmir.

Daha ətraflı AZERNEWS onlayn qəzetinin 22 May çap buraxılışında oxuya bilərsiniz.

Yeni sayda, həmçinin oxucular Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın Baş naziri Antonis Samarasla görüşünün təfərrüatları, yaxın gələcəkdə Versal muzeyi eksponatlarının Bakıda nümayiş etdirilməsi, Hollivud ulduzlarının iştirakı ilə Azərbaycan neft tarixini əks etdirən filmin çəkilməsi, Bakı-Novorossiysk neft kəməri ilə bağlı yeni müqavilə layihəsinin hazırlanması, Azərbaycan bayrağının Everest zirvəsinə qaldırılması və digər maraqlı məqalələrlə tanış ola bilərlər.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti