...

Azərbaycan dilində nitqin mətn şəklinə çevrilməsi sistemi yaradılıb

Cəmiyyət Materials 31 May 2013 11:23 (UTC +04:00)
"Dilmanc" proqram təminatçısı Azərbaycan dilində danışıq nitqinin mətn şəklinə çevrilməsi sistemini təqdim edib.
Azərbaycan dilində nitqin mətn şəklinə çevrilməsi sistemi yaradılıb

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir H.Vəliyev/

"Dilmanc" proqram təminatçısı Azərbaycan dilində danışıq nitqinin mətn şəklinə çevrilməsi sistemini təqdim edib. Bu barədə cümə günü Trend-ə "Dilmanc" layihəsinin rəhbəri Əbülfət Fətullayev bildirib.

Onun sözlərinə görə, "Dilmanc imla"nın ilk versiyası 2013-cü ilin may ayının 31-də online rejimdə "Dilmanc"ın saytında ümumi istifadəyə veriləcək.

Sistemin dil filtri tələffüzün özəlliyinə köklənir ki, bu da danışıq nitqini "Windows" mühitindəistənilən redaktədə mətn şəkllinə çevirməyə imkan verir.

Sistem mətni mikrofon vasitəsilə daxil etmək üçün rahatdır, elektron formada iri cümlələrin köçürülmə sürəti isə bir neçə saniyə təşkil edir.

Fətullayev qeyd edib ki, "Dilmanc imla" sisteminin funksiyası Azərbaycan dilində söz və söz birləşmələrini 100 faiz dəqiqliklə müəyyən etməyə imkan verir: "Keyfiyyətli aparatdan (mikrafondan) istifadə və otaqda səs maneələrinin olmaması vacib məqamlardandır".

"Dilmanc imla" sistemi Azərbaycanın "Neyrotex" İT şirkəti ilə birgə hazırlanıb və kommersiya xarakteri daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti