...

Elşad İskəndərov: Dünya elminin inkişafında islam alimlərinin də böyük rolu var

Cəmiyyət Materials 31 May 2013 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E.Mehdiyev/

Dünya elminin inkişafında islam alimlərinin də böyük rolu var. Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən II Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəniyyətlərarası dialoq: Etiqad və elm" sessiyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov qeyd edib.

Onun sözlərinə görə, müasir elm və texnologiyanın və müsəlman sivilizasiyasının inkişafı maraqlı model əmələ gətirir.

İskəndərov elmlə etiqadın bir-birinə bağlı iki yanaşma olduğunu bildirib. O, dünya elminin inkişafında islam alimlərinin də böyük rolu olduğunu, ən böyük ixtiralarda bu alimlərin də adlarının çəkildiyini əlavə edib.

Komitə sədri islamda heç bir ayrı-seçkiliyin olmadığını, yalnız bilikli insanlarla biliksiz insanlar arasında fərq qoyulduğunu da qeyd edib.

Sessiyada çıxış edən İSESKO-nun baş katibi Əbdüləziz Osman əl-Tüveycridə elmlə etiqad arasındakı əlaqədən danışıb. O, islam dinində də elmlə etiqadın bir arada gəldiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti