Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/
Bakıda "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qlobal vətəndaşlıq: Mədəniyyətlərarası fəaliyyətlərə doğru" mövzusunda sessiya keçirilib.
Trend-in məlumatına görə, Milli Məclisin deputatı Fuad Muradov sessiya zamanı bildirib ki, dünyada müşahidə olunan ksenofobiya cəhdləri heç kimə başucalığı gətirmir: "İnterqasiyanın vüsət alıdğı qloballaşma dövründə bu cəhdlər çox bəsit səbəblərdir".
Azərbaycanın mədəniyyətlərarası inteqrasiya prosesinə böyük töhfələr verdiyini vurğulayan Muradovun sözlərinə görə, ötən il Bakıda 25 ölkənin iştirakı ilə yaradılmış "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı müxtəlif mədəniyyətlərə malik gəncləri bir araya gətirib. Muradov rəhbərlik etdiyi bu gənclər təşkilatının təkcə çoğrafi deyil, dünyanın paylaşdığı ümumi dəyərlər əsasında birləşməyin tərəfdarı olduğunu deyib.
Sessiyada çıxış edənlər dünyada mədəni müxtəlifliyə toxunaraq bunun mühüm olduğunu vurğulayıb və vətəndaş cəmiyyəti təşkilatlarının bu dəyərlərin təbliğində rolunun vacib olduğunu bildiriblər.
Bakıda qlobal vətəndaşlıq müzakirə olunub