...

"FINCA Azerbaijan" uşaqlara bayram sevinci bəxş edib (FOTO)

Cəmiyyət Materials 3 İyun 2013 15:17 (UTC +04:00)
Uşaqları və gəncləri dəstəkləyən müxtəlif aksiyaların təşkilində fəal iştirak edən "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı artıq 8 ildir ki, Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkəmizin bölgələrində uşaqlar üçün bayram şənlikləri keçirir.
"FINCA Azerbaijan" uşaqlara bayram sevinci bəxş edib (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Uşaqları və gəncləri dəstəkləyən müxtəlif aksiyaların təşkilində fəal iştirak edən "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı artıq 8 ildir ki, Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkəmizin bölgələrində uşaqlar üçün bayram şənlikləri keçirir.

"FINCA Azerbaijan"dan bazar ertəsi Trend-ə verilən məlumata görə, bu il təşkilatın 11 filialı tərəfindən ölkəmizin müxtəlif bölgələrində bayram tədbirləri keçirilib. "FINCA Azerbaijan"ın Quba filialının təşəbbüsü və Quba rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilati dəstəyi ilə Quba şəhər Mədəniyyət Evində 220 nəfərdən çox uşaq üçün Qubada ilk dəfə kukla teatrının nümayişi keçirilib.

Şəki şəhərində keçirilmiş konsert tədbirində Azərbaycanın gənc və popular müğənniləri Elvin Abdullayev və Aygün İsmayılzadə şən və dinamik ifaları ilə uşaqları əyləndiriblər. Şəki Musiqi Məktəbinin uşaq ansamblları milli və xarici rəqslər, şeirlər və mahnılarla öz istedadlarını qonaqlara nümayiş etdiriblər.

Kimsəsiz və qayğıya ehtiyacı olan uşaqlara bayram sevinci bəxş etmək məqsədilə "FINCA Azerbaijan"ın Şərq bazarı, Lökbatan, Bakıxanov, Mərdəkan filialları bayram sovqatı və hədiyyələrlə Abşeron bölgəsində yerləşən kimsəsiz uşaq evlərinə baş çəkib. Təşkilatın Qərb regionunda yerləşən Gəncə, Qazax, Ağcabədi və Bərdə filialları məcburi köçkün ailələrindən uşaqların təhsil aldıqları bağçalarda və uşaq evlərində xeyriyyə və əyləncəli tədbirlər keçirib. Təşkilatın Tovuz filialı Qovlar şəhərinin İnternat Məktəbində yaşayan 12 yaşınadək 200 nəfərdən artıq kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirib.

Qeyd edək ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "FINCA Azerbaijan"ın keçirdiyi bayram tədbirlərində ölkə üzrə 2000 nəfərdən artıq uşaq və yeniyetmə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti