...

Sumqayıt Şəhər Təmizlik Departamentinin direktoru yüksək məbləğdə cərimələnib

Cəmiyyət Materials 4 İyun 2013 10:41 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıt Şəhər Təmizlik Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rahim Mustafayev 4000 manat məbləğində cərimələnib.
Sumqayıt Şəhər Təmizlik Departamentinin direktoru yüksək məbləğdə cərimələnib

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıt Şəhər Təmizlik Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rahim Mustafayev 4000 manat məbləğində cərimələnib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ETSN-ə Sumqayıt şəhərinin cənub-qərbində yerləşən ümumşəhər məişət tullantıları poliqonunda məişət tullantılarının yandırılması ilə bağlı daxil olmuş şikayət nazirliyin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən araşdırılıb. Əraziyə baxış zamanı Sumqayıt şəhərində əmələ gələn məişət tullantılarının yığıldığı poliqonda 0,5 hektar sahədə tullantıların yanmasına və atmosfer havasının çirklənməsinə yol verildiyi aşkar edilib.

Yol verilmiş inzibati xətaya görə poliqona cavabdeh olan Sumqayıt Şəhər Təmizlik Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rahim Mustafayev barəsində protokol tərtib olunub. O, İnzibati Xətalar Məcəlləsinin 76-1.0.5-ci maddəsinə əsasən, vəzifəli şəxs qismində inzibati qaydada 4000 manat məbləğində cərimə edilib. Poliqonda müvafiq tədbirlərin görülməsi, tullantıların yandırılması faktlarına yol verilməməsi üçün əraziyə cavabdeh olan R.Mustafayevə icrası məcburi olan müddətli məcburi göstəriş verilib.

Ərazi nazirliyin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindən nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti