...

Ekologiya Nazirliyi Sumqayıt sakinini çərimələyib

Cəmiyyət Materials 5 İyun 2013 14:24 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti Bakı şəhəri, Yasamal rayonunda yerləşən Qanlı gölün ətrafına tullantıların atılması barədə daxil olmuş şikayət məktubunu araşdırıb.
Ekologiya Nazirliyi Sumqayıt sakinini çərimələyib

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti Bakı şəhəri, Yasamal rayonunda yerləşən Qanlı gölün ətrafına tullantıların atılması barədə daxil olmuş şikayət məktubunu araşdırıb. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şikayət məktubu Bakı şəhər sakini Kənan Kərimov tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasına göndərilib. Məktub aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olduqdan dərhal sonra Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları şikayətdə göstərilən əraziyə baxış keçiriblər.

Araşdırmada iştirak etməsi üçün şikayətçi ilə dəfələrlə əlaqə saxlansa da o, vaxtının olmaması səbəbindən araşdırmada iştirakdan imtina edib.

Əraziyə baxış zamanı Qanlı göl ətrafına vətəndaşlar tərəfindən yük avtomobilləri vasitəsilə pərakəndə şəkildə bərk məişət və tikinti tullantılarının atıldığı aşkar edilib.

Departamentin əməkdaşları tərəfindən Qanlı göl ətrafında dəfələrlə günün ayrı-ayrı vaxtlarında reydlər keçirilib. Keçirilən reyd zamanı Sumqayıt şəhər sakini Fərman Qədimov tərəfindən 50-CH-871 dövlət nömrə nişanlı ZİL-130 markalı yük avtomobili ilə gölün ətrafına tullantıların atılması faktı aşkar olunub.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinə əsasən F.Qədimov inzibati qaydada 500 manat məbləğində cərimə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti