...

"Zaferoğlu İnşaat" daha bir uğura imza atıb

Cəmiyyət Materials 6 İyun 2013 10:52 (UTC +04:00)
Bir neçə gün öncə təmir və dizayn sektorunda qabaqcıl şirkətlərdən biri olan Zaferoğlu İnşaat New Yorkda ölkəmiz adına mötəbər uğura imza atıb.
"Zaferoğlu İnşaat" daha bir uğura imza atıb

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Bir neçə gün öncə təmir və dizayn sektorunda qabaqcıl şirkətlərdən biri olan "Zaferoğlu İnşaat" New-Yorkda ölkəmiz adına mötəbər uğura imza atıb.

Şirkətdən trend-ə verilən məlumata görə, Amerika Birləşmiş Ştatlarında Beynəlxalq Keyfiyyət Sammitinə qatılan "Zaferoğlu İnşaat" Təmir və Dizayn nominasiyasi üzrə beynəlxalq mükafata layiq görülüb.

Xatırladaq ki, keçən il şirkət 40-dan çox ölkənin 50 sektor üzrə namizədliyini irəli sürdüyü digər bir beynəlxalq mükafat üçün mübarizəyə başlamışdı. Bir neçə dəfə beynəlxalq qurumun nümayəndələrini Bakıda qonaq edən personal 2012-ci ilin yay aylarında müsabiqəyə qoşulmaq şansını qazandı və həmin ilin noyabr ayında Böyük Britaniyada, Londonda Beynəlxalq Keyfiyyət tacı mükafatına sahib oldu.

Ümumiyyətlə, 2003-cü ildən fərdi səkildə fəaliyyət göstərən şirkət 2010-cu ildə rəsmi olaraq "Zaferoğlu İnşaat" adı altında birləşib. Şirkət "Zaferoğlu İnşaat" brendi olaraq, təmir və dizayn sektorunda sözügedən bazarın birinciləri sırasındadır və 2011-ci ildə yaşayış və qeyri-yaşayış obyektlərinin interyer, eksteryer və landşaft dizayn layihələrinin hazirlanması üzrə ISO 9001 standartının tələblərinə uyğunluğunu təsdiq edən beynəlxalq sertifikatı əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti