...

Azərbaycanda uşaqları küçə həyatı yaşayan valideynlər cəzalanacaqlar

Cəmiyyət Materials 6 İyun 2013 11:51 (UTC +04:00)
Azərbaycanda uşaqları küçə həyatı yaşayan valideynlər cəzalanacaqlar
Azərbaycanda uşaqları küçə həyatı yaşayan valideynlər cəzalanacaqlar

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda uşaqları küçə həyatı yaşayan valideynlər cəzalanacaqlar. Trend-in məlumatına görə, bunu "İnsan alverinin qarşısının alınması kontekstində uşaq baxımsızlığının və hüquq pozuntularının aradan qaldırılması üçün proqramların hazırlanmasına beynəlxalq dəstək" mövzusunda keçirilən dəyirmi masada aparılan müzakirələr zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva deyib.

Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların internet təhlükəsizliyi ilə bağlı təkliflər hazırlayır: "Burada söhbət internet klublarda vaxtını çox keçirən uşaqlardan gedir. Uşaqların internet klublara cəlb olunması, uşaqların erkən yaşda nikaha cəlb edilməsi ciddi problemdir".

A.Sofiyeva internet təhlükəsizliyi ilə bağlı monitorinqlərin keçirildiyini də bildirib: "Toplanan materialların araşdırılması aparılır. Bu araşdırmanın nəticələri əsasında təkliflər hazırlanacaq. Dövlət Komitəsi bu sahədə Türkiyə təcrübəsini də öyrənir. Dövlət Komitəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə də əməkdaşlıq edir".

A.Sofiyeva uşaqlarla bağlı problemlərin həllinə QHT-lərin cəlb edilməsini vacib sayıb.

Onun sözlərinə görə, bəzən QHT-lər uşaq hüquqlarının müdafiəsi ilə bağlı qrantlar alır, ancaq bu maliyyəni səmərəli xərcləmir, yerli icra qurumları ilə əməkdaşlıq etmirlər.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak isə bildirib ki, rayon icra qurumlarının uşaqların problemlərini diqqət mərkəzində saxlamaları lazımdır. Onun sözlərinə görə, rayon icra qurumları bəzi məsələlərdən xəbərsiz olur, bu məsələlər barədə məhz QHT-lər məlumatlı olurlar: "Azərbaycanda QHT-lərə uşaq hüquqlarının müdafiəsi ilə bağlı hər hansı həcmdə qrant ayrılırmı? Bu qrantların statistikası aparılırmı? Digər tərəfdən, valideyn məsuliyyətsizliyi vurğulanır. Valideyn məsuliyyətsizdir, qəyyumluq məsələsi var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti