...

Azərbaycanın çimərliklərində aparılan monitorinqlərin nəticələri açıqlanıb

Cəmiyyət Materials 10 İyun 2013 13:18 (UTC +04:00)
Azərbaycanın çimərliklərində aparılan monitorinqlərin nəticələri açıqlanıb.
Azərbaycanın çimərliklərində aparılan monitorinqlərin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın çimərliklərində aparılan monitorinqlərin nəticələri açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında və "Amburan" çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli təmizləyici qurğu quraşdırılıb. Sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə son 6 il ərzində bağırsaq çöplərinin miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.

Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Səbail rayonun Şıx və Qaradağ rayonun Sahil qəsəbəsinin çimərlik ərazisində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıq müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti