...

"British Airways" Azərbaycana qayıdışını qeyd edib

Cəmiyyət Materials 12 İyun 2013 15:52 (UTC +04:00)
"British Airways" (BA) aviaşirkəti öz tərəfdaşları və müştəriləri arasında Azərbaycana qayıdışının altı ayını qeyd edib.
"British Airways" Azərbaycana qayıdışını qeyd edib

Azərbaycan, Bakı, 12 iyun /Trend/

"British Airways" (BA) aviaşirkəti öz tərəfdaşları və müştəriləri arasında Azərbaycana qayıdışının altı ayını qeyd edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, təntənəli mərasim Azərbaycanda Amerikanın Ticarət Palatası (AmCham) ilə birgə keçirilib. British Airways-in Azərbaycanda rəsmi açılışı "bmi" şirkəti 2012-ci ilin oktyabr ayında BA-ə daxil olandan sonra baş tutub. Tədbir AmCham-ın icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdiroğlu tərəfindən təşkil edilib. Mərasimdə British Airways-in rəsmi və vəzifəli şəxsləri, media nümayəndələri, BA-in tərəfdaşları və müştəriləri iştirak ediblər. Xanım Nəsrullayeva-Müdiroğlu qeyd edib ki, Azərbaycanın ən böyük işbirliyi olan AmCham BA-in ölkəyə qayıtmasına şaddır və bu hadisəni üzvləri və qonaqları ilə birlikdə qeyd etməkdən qürur duyur.

"Düzgün istiqamətdə irəliləyişdən sonra biz Azərbaycan bazarına qayıtmağa şadıq", - deyən British Airways-in Orta və Mərkəzi Asiya regionu üzrə kommersiya direktoru Paolo de Renzis qeyd edib ki, BA şirkəti üçün Azərbaycan vacib istiqamətdən biridir. Hazırda şirkət yenidən özünü bazarda təqdim etmək niyyətindədir və əsas məqsəd müstəsna xidmət və dünya səviyyəli məhsulu nümayiş etdirməkdir.

Şirkət müştərilərə yüksək səviyyədə xidmət təqdim etmək məqsədilə Azərbaycana bütün A321 təyyarə modellərini tam təmirdən çıxartdıqdan sonra qayıdıb. "British Airways" hava gəmisində iki cür uçuş sinfi təqdim olunur: Club World (biznes sinfi) və World Traveller (ekonom sinfi).

Rahatlığı artırmaq üçün təyyarə yeni oturacaqlarla və ən son əyləncə texnologiyaları ilə təchiz olunub.

Azərbaycan səyahətçiləri British Airways-in servislərindən istifadə edərək Azərbaycandan Londonun "Heathrow" T1 hava limanına gəlməklə burada yaradılan geniş aviaşirkətlər şəbəkəsindən istifadə edərək ABŞ və Kanadın 20-dən çox istiqamətindən yararlana bilərlər. Aviaşirkət "Heathrow" hava limanına rahat transfer də təqdim edir. T1 və T5 terminalları arasında minimal tranzit vaxtı 90 dəqiqə təşkil edir.

"Oneworld" ittifaqından olan tərəfdaşları ilə birgə "British Airways" yüzlərlə marşrut üzrə ümumi şəbəkə, fasiləsiz müştəri xidməti və tez-tez səyahət edənlər üçun bir sıra güzəştlər təklif edir. British Airways-in Londona və digər istiqamətlərə uçuş cədvəli Ba.com saytında istıfadəçilərin ixtiyarındadır. Bura daxil olmaqla istənilən şəxs təyyarədə yeri bron edib, biletin pulunu ödəyib qeydiyyatdan keçə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti