...

Göytəpə Arxeoloji Kompleksində qədim tikililərin ekspertizası üçün komissiya yaradılacaq

Cəmiyyət Materials 19 İyun 2013 17:03 (UTC +04:00)
Tovuzdakı Göytəpə Arxeoloji Kompleksində aşkarlanmış qədim tikililərin ekspertizası üçün ixtisaslaşmış xarici mütəxəssislərin də daxil olduğu komissiya yaradılacaq.
Göytəpə Arxeoloji Kompleksində qədim tikililərin ekspertizası üçün komissiya yaradılacaq

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tovuzdakı Göytəpə Arxeoloji Kompleksində aşkarlanmış qədim tikililərin ekspertizası üçün ixtisaslaşmış xarici mütəxəssislərin də daxil olduğu komissiya yaradılacaq. Trend-in məlumatına görə, bunu AMEA-nın Rəyasət Heyətinin (RH) bu gün keçirilən iclasında qurumun Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Kamal Abdulla bildirib.

Onun sözlərinə görə, RH-nin qərarına əsasən, bir ay müddətində həmin tikililərlə bağlı rəy hazırlanacaq.

K.Abdulla onu da xatırladıb ki, Prezident İlham Əliyev kompleksdə aşkarlanmış qədim tikillilərin bərpası və mühafizəsi, aparılan elmi tədqiqatların davam etdirilməsi məqsədilə 2012-ci il aprelin 18-də Tovuzda Göytəpə Arxeoloji Kompleksinin yaradılması barədə sərəncam verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti