...

Antonius Bruk: Azərbaycan həbsxanalarında HİV-ə yoluxanların sayı 2,5 faizdən 5,8 faizə qədər artıb

Cəmiyyət Materials 25 İyun 2013 11:54 (UTC +04:00)
Azərbaycan həbsxanalarında HİV-ə yoluxanların sayı 2,5 faizdən 5,8 faizə qədər artıb.
Antonius Bruk: Azərbaycan həbsxanalarında HİV-ə yoluxanların sayı 2,5 faizdən 5,8 faizə qədər artıb

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycan həbsxanalarında HİV-ə yoluxanların sayı 2,5 faizdən 5,8 faizə qədər artıb.

Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Bruk Bakıda "Narkotiklətə Qarşı Təbliğat" İctimai Birliyi və Gənclər və İdman Nazirliyi tərəfindən "Narkomanlıqla mübarizədə gənclərin rolu" mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, Azərbaycanın böyük narkotik tranzitinin üzərində yerləşməsi ölkədə narkomaniynın artmasına təsir göstərir: "Azərbaycanda narkotik və onun istifadəçilərinə qarşı böyük mübarizə elan edib. Daxili İşlər Nazirlyinin atdığı addımlar bunu bir daha təsdiq edir".

Antonius Bruk qeyd edib ki, BMT-nin Qlobal Narkotik Hesabatına görə, 2012-ci ildə 230 milyon insan, yəni dünyanın 5 faizi narkotiklərdən ən azı bir dəfə istifadə edib. Hazırda dünya əhalisinin 0,6 faizi narkotik istifadəçisidir. Narkotik istifadəçilərinin 15 milyon nəfəri narkotik asılılığı olanlardır. Ötən il dünya əhalinin 1,3 faizi, 15- 64 yaş arası insan narkotik istifadəsindən həyatını itirib. Narkotik istifadəçilərinin 40 faizi C hepatiti xəstəliyindən əziyyət çəkir. Bunların çoxu da HİV-lə yaşayanlardır.

O bildirib ki, BMT də öz növbəsində bütün dünyada narkmaniya ilə mübarizə üzrə həyata keçirilən layihələrə böyük dəstək göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti